Bank “BTB” ASC Aparıcı Mütəxəssis-Hüquqşünas vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
• İpoteka kreditini Azərbaycan İpoteka Fondu ASC tələblərinə uyğun rəsmiləşdirməkdə, sənədlərin saxlanılmasında və mühafizəsində hüquqi dəstəyi təmin edir;
• İpotekanın rəsmiləşdirilməsi zamanı Bankı dövlət orqanlarında təmsil edir;
• Azərbaycan Respublikası İpoteka Fondu ilə bağlı işləri icra edir;
• Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrini vaxtında uzadılmasını təmin edir;
• İpoteka şöbəsinin rəhbərinin ipoteka üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir;
• Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
• Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
• Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır.
• Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
• Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
• Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
• Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin hüquqi ekspertizasını aparır.
Namizədə tələblər:
• ali hüquqi təhsil;
• bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə.
• işgüzar ünsiyyət etikası.
• məsləhət vermək bacarığı;
• qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına 14 mart 2017-ci il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aparıcı Hüquqşünas) göstərməyiniz xahiş olunur.