10 C
Baku
Thursday, December 12, 2024

Apple rəhbəri “iPhone”nun qiymətlərini azaltmağı vəd edib

Apple başçısı bildirib ki, bu, milli valyutaların dollara münasibətdə zəiflədiyi ölkələrə aiddir.

Apple şirkəti, ABŞ dollarına qarşı milli valyutaların əhəmiyyətli dərəcədə zəiflədiyi bir sıra ölkələrdə iPhone smartfonlarının dəyərini azaltmağı planlayır.  Banker.az xəbər verir ki, bu barədə Reuters agentliyinə müsahibəsində Apple CEO Tim Cook (Tim Kuk) bildirib.

Onun sözlərinə görə, ötən il milli valyutanın məzənnələri dollara nisbətdə azalmış ölkələrdə, iPhone-nun qiyməti “daha əhəmiyyətli dərəcədə artıb”. Apple şirkətinin başçısının sözlərinə görə, şirkətin əməkdaşları “bu bazarların bir hissəsində makroiqtisadi şəraitin qiymətləndirilməsini aparıblar”. Cook-un sözlərinə görə, satışları artırmaq məqsədi ilə şirkət “yerli qiymətlərə daha çox uyğun gələn keçən ilki qiymətlərə qayıtmağı planlayır”.

 Reuters-in məlumatına görə, bu, 12 il ərzində ikinci dəfədir şirkət iPhone smartfonlarının qiymətini azaldır. Cook, söhbət dəqiq olaraq hansı ölkələrdən getdiyini açıqlamayıb. Agentliyin verdiyi məlumata görə, Apple şirkətinin nümayəndələri milli valyutaların Rusiya, Türkiyə və Braziliyada zəiflədiyini qeyd ediblər. Eyni zamanda, şirkət Çində də iPhone satışının azaldığını qeyd edib.

Çərşənbə axşamı, Apple bildirib ki, 29 dekabr 2018-ci ildə sona çatmış üç ay ərzində şirkətin ümumi gəliri 84,31 milyard dollar, mənfəəti isə 19,97 milyard dollar təşkil edib. Hər iki göstərici 2018-ci ilin birinci rübü ilə müqayisədə azalmanı nümayiş etdirir. Qeyd edilmiş dövrdə şirkətin gəliri 88,29 milyard dollar, mənfəəti isə 20,06 milyard dollar olub.

 

Son xəbərlər
Digər xəbərlər