26 C
Baku
Saturday, July 27, 2024

“Apple” ayaqqabıları hərraca çıxarılıb

1990-cı illərdə xüsusi olaraq şirkət işçiləri üçün hazırlanmış “Apple Computer Omega Sports” idman ayaqqabıları “Sotheby’s” auksionunda peyda olub. “Apple Insider” portalının məlumatına görə, lotun başlanğıc qiyməti 50 min dollardır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Omega Sports” idman ayaqqabıları 1990-cı illərin ortalarında “Apple”ın korporativ geyiminin bir hissəsi olub. 30 ildən sonra satışa çıxan bu ayaqqabı sahibinə hədiyyə edilib və o, onları hərraca çıxarmaq qərarına gəlib.

Xatırladaq ki, 2020-ci ilin mart ayında oxşar cüt ayaqqabı 9.6 min dollara, daha əvvəl isə Stiv Cobsun imzaladığı çek hərracda 100 min dollara satılıb.

Son xəbərlər
Digər xəbərlər