15 C
Baku
Friday, March 29, 2024

“Apple” “FaceTime” proqramında tapdığı qüsura görə məktəblini mükafatlandırdı

“Apple” korporasiyası “FaceTime” proqramında zəng edilən abonenti zəngə cavab verməzdən öncə eşitməyə və görməyə imkan yaradan səhvi hamıdan əvvəl aşkarlayan 14 yaşlı məktəbli Qrant Tompsonun ailəsini mükafatlandıracaq.

The Verge portalının yaydığı məlumata görə, mükafatın məbləği açıqlanmır. Bundan başqa, kompaniya Qrant Tompsonun təhsil xərclərini də öz üzərinə götürüb.

“Apple” korporasiyası, həmçinin “FaceTime” proqramındakı səhvi aşkar edənlərə təşəkkürünü bildirib və həmin nasazlığın toxunduğu insanlardan üzr istəyib. Fevralın 7-də isə özünün iOS 12 mobil əməliyyat sistemində səhvi aradan qaldıran yenilənməni işə salıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər