27 C
Baku
Saturday, July 27, 2024

“Apple” flaqman iPhone modellərinin istehsalını təxirə saldı

Amerikanın “Apple” şirkəti koronavirusun yayılması ilə əlaqədar problemlər səbəbindən flaqman iPhone modellərinin istehsalını təxirə salıb.

Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən bildirib.

Daha əvvəl qeyd edildiyi kimi, 2020-ci ildə şirkət dörd yeni iPhone təqdim edəcək. Bundan əlavə, yeni modellər ekranın diaqonalına görə fərqlənəcəklər: 5,4 düym, 6,7 düym və 6,1 düym.

Qeyd edildiyi kimi, yeni modellər yeni prosessor və yeni LiDAR sensoru ilə təchiz ediləcək.
Daha əvvəl “Apple” yeni iPhone SE modelini təqdim etmişdir. Smartfonun qiyməti 399 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər