Dünyanın ən bahalı şirkəti dünyanın ən sirli şirkəti olaraq da qalır. Apple şirkətinin uğurunu daha nələrlə müqayisə etmədilər ki?! Hətta iPhone-ların yaradılmasını yad planetlilərlə də əlaqələndirənlər olmuşdu.
Apple şirkəti fəaliyyətinə qarajdan başlamayıb:
Amerikalıların “qaraj şirkətləri” anlayışına böyük məna verməklərinə baxmayaraq Apple onlardan biri olmayıb. Onun yaradıcılarından biri olan Stiv Voznyak-ın keçən il bəyan etdiyinə əsasən, Apple şirkətinin qarajda yaradılması faktı yanlış xəbərdir. O Bloomberg Businessweek-ə verdiyi müsahibəsində bildirmişdi ki, qaraj komandanın ilkin olaraq fəaliyyətə başaldığı bir yer deyildi. Hətta bura ilham və yeni ideyalar məkanı da deyildi. Buraya sadəcə hazır məhsul gətirilir, sınaqdan keçirilir və satılması üçün mağazaya aparılırdı.
1996-cı ildə Steve Jobs elektron kommersiyanın gələcəyini proqnozlaşdırmışdı:
Steve Jobs uzaq 90-cı illərdə jurnalistlərlə internet və onun fenomenal potensialı barədə çox sayda söhbətlər aparırdı. O verdiyi müsahibələrindən birində bildirmişdi ki, internet gələcəkdə ticarətə birbaşa təsir edəcək. Bu zaman “elektron ticarət” termini hələ mövcud deyildi. O öz fikrində haqlı idi. 2014-cü ildə Cyber Monday satışları 2 milyard dollar həddini keçmiş və bununla satış tarixində rekorda imza atmışdı.
Apple-da Jobs muzeyi:
Əksəriyyətin bundan məlumatı olmasa da, Steve Jobs-un Apple şirkətindəki otağı dünyasını dəyişdikdən sonra toxunulmaz olaraq qalıb. Şirkətin baş-qərargahında yerləşən ofisdə onun adını əks etdirən löhvə də qapı üzərində qalmaqdadır. Otağın içərisindəki hər bir şey də, ən xırda əşyalara qədər toxunulmaz olaraq qalıb.
Saniyədə 39 iPhone:
iPhone 6 ilk çıxdığı günlərdə saniyədə 39 məhsul satılırdı. Bu günlər ərzində 10 milyon ədəd iPhone 6 və 6 Plus satılmışdı. Bundan əlavə, iPhone 5 satışa çıxarıldıqda bir neçə gün ərzində 5 milyon smartfon satılmışdı. 2007-ci ildə isə Apple iPhone smartfonunun satış göstəriciləri 525 000 ədə idi.