25 C
Baku
Saturday, July 27, 2024

Apple ID-nin adı dəyişə bilər

“Apple” “Apple ID”nin adını “Apple Account” olaraq dəyişdirmək istəyir. “MacRumors” portalı xəbər verir ki, xidmətin rebrendinqi mənbələrdən məlum olub.

Güman edilir ki, “Apple Account” 2024-cü ilin payızında iOS 18 və macOS 15-in buraxılışları ilə birlikdə “Apple ID”ni əvəz edə bilər. Bununla yanaşı, yeni adı ehtiva edən xidmətlər və proqramlar yenilənəcək.

Bu halda, xidmətin adında dəyişiklik “Vision Pro” qulaqlığının adını seçərkən baş verdiyi kimi, ümumiyyətlə baş verməyə bilər. Əməliyyat sisteminin sınaqdan keçirilməsi zamanı “realityOS” və “xrOS” adları nəzərdən keçirilib. Bununla belə, son seçim “visionOS” olub.

Son xəbərlər
Digər xəbərlər