16 C
Baku
Sunday, May 26, 2024

“Apple” ilin sonuna qədər yeni AirPods və MacBook Pro təqdim edəcək

“Apple” şirkəti 2021-ci ilin sonuna qədər daha iki məhsul təqdim edəcək – yeni simsiz AirPods qulaqlıqları və MacBook Pro noutbuku.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Nəşrin redaktoru Mark Qurmanın sözlərinə görə, iPhone 13 smartfonlarını, o cümlədən iPad və iPad mini planşetlərini təqdim etdikdən sonra bazara yenilənmiş AirPods 3 qulaqlıqlarını və mini-LED ekranlı MacBook Pro noutbukunu nümayiş etdirəcək.

Müəllifin qeyd etdiyi kimi, 2022-ci ildə yeni Apple Watch və növbəti nəsil iPhone buraxılacaq. Gələn il yeni məhsullar arasında həmçinin masaüstü Mac Pro, MacBook Air, iPad Pro və AirPods Pro 2 olacaq.

Daha əvvəl analitiklər yeni AirPods qulaqlıqlarının 14 sentyabrda təqdim ediləcəyini güman edirdilər. Lakin şirkət payız təqdimatında yalnız iPad və iPad mini, Apple Watch Series 7 və iPhone 13 smartfonlarını göstərib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər