“Apple” şirkəti iPhone 11 smartfon modelinin ekranını pulsuz dəyişdirmə proqramını işə salıb. Proqramdan yararlanmaq üçün cihazın ekranı toxunuşlara cavab verməməlidir.
Şirkətdən verilən məlumata görə, ekran iki il ərzində dəyişdirilə bilər. Qeyd edək ki, 2019-cu ilin noyabrından 2020-ci ilin may ayınadək istehsal olunan iPhone 11 smartfonlarında qüsur aşkar edilib.
Cihazın dəyişdirilə biləcəyini dəqiqləşdirmək üçün “Apple”in rəsmi veb-saytına nəzər yetirməyiniz kifayət edir. Dəyişdirilmə şirkətin xidmət mərkəzlərində həyata keçiriləcək. Əgər cihazın üzərində cızıq və ya çat olarsa, “bu problemi smartfonu xidmət mərkəzinə aparmazdan əvvəl həll etmək lazımdır”.