“Apple” 2014-cü ilin sentyabrında ilk ağıllı saatını təqdim etdikdən altı il sonra, Apple Watch inqilabi güc olaraq, ənənəvi saat istehsalçıları üçün əsas rəqib və təhlükəyə çevrilib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Strategy Analytics” şirkətinin sənaye və maliyyə hesabatlarına əsasən, texnologiya nəhəngi 2019-cu ildə 30,7 milyon Apple Watch istehsal edərək, İsveçrənin saat sənayesini geridə qoymuş olub. Statistik məlumatlara görə, ötən ildə 21,1 milyon ədəd İsveçrə saatı istehsal edilib.