“Apple” korporasiyası bu il tamamilə yeni “iPhone” smartfonu təqdim edə bilər.
Korporasiyanın direktoru Tim Kukun sözlərinə görə, yeni qabaqcıl qurğunun təqdimatında böyük yeniliklər gözlənilir.
Bundan əvvəl KİV-də yayılmış məlumatlara əsasən, “Apple”ın yeni cihazı 120 hersədək görüntü yenilənmə tezliyinə malik olacaq displeylə təchiz ediləcək. Həmçinin displeyin alt hissəsinə “Touch ID” adlandırılan barmaq izi sensoru quraşdırılacaq.