17 C
Baku
Friday, May 3, 2024

“Apple” payız təqdimatının tarixini təsdiq edib – 12 sentyabr

“Apple” korporasiyası payız təqdimatının 2023-cü il setyabrın 12-də keçiriləcəyini təsdiq edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Qeyd olunur ki, tədbir Bakı vaxtı ilə 21:00-da başlayacaq. Təqdimatı onlayn olaraq “Apple”ın rəsmi saytında izləmək mümkün olacaq.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi yeni iPhone 15-in sentyabrın 12-də təqdim ediləcəyini yazıb. Mütəxəssislərin fikrincə, təqdimat zamanı həmçinin yeni Apple Watch nümayiş etdiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər