15 C
Baku
Saturday, April 27, 2024

“Apple” qulaqlıq istehsalını Hindistana köçürür

“Apple”ın tərəfdaşı olan “Foxconn” şirkəti Hindistanda “Beats” qulaqlıqlarını istehsal etməyə hazırlaşır və “AirPods” istehsalını da bura köçürməyə ümid edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İlin əvvəlində “Apple” Hindistanda iPhone 13 istehsalına başlayıb və sentyabrda iPhone 14 və iPad üçün də oxşar planlarının olduğunu açıqlayıb. “Bloomberg”in məlumatına görə, aprel-avqust aylarında Hindistandan iPhone ixracı 1 milyard dolları ötüb. 2023-cü ilin martına qədər bu rəqəmin 2.5 milyard dollara çatacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-ın texnologiya nəhəngləri öz məhsullarının istehsalını Çindən çıxarmağa başlayıblar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər