“Apple” şirkəti sentyabrda üç yeni “iPhone” smartfonunu təqdim edəcək

ABŞ-ın “Apple” korporasiyası sentyabrda üç yeni “iPhone” smartfonunu təqdim edəcək. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” dərgisi yazıb.

Üç yeni smartfonun “Pro iPhone” adlandırılacağı gözlənilir. Aparatlar geniş baxış bucağına malik əlavə kamera və daha güclü “A13” prosessoru ilə təchiz ediləcək. Bundan başqa, yeni cihazlarda “Face ID” sistemi təkmilləşdiriləcək, su buraxmamaq qabiliyyəti yüksəldiləcək və OLED displey yenilənəcək. Ancaq yeni aparatlar 5G standartını dəstəklməyəcək.

Məlumata görə, yeni smartfonlar “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR”i əvəz edəcək.

Bundan başqa, şirkət 16 düymlük ekranla təchiz edilmiş yenilənmiş “MacBook Pro”, həmçinin təkmilləşdirilmiş fotokamera və daha güclü prosessora malik yeni “iPad Pro” planşetlərini təqdim edəcək.

©İctnews


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları