13 C
Baku
Monday, May 6, 2024

Apple şirkəti iPhone 8-in davamçısı üzərində çalışır

İnternetdə Apple şirkətinin gələcəkdə iPhone 8 smartfon modelinin davamçısını satışa çıxardacağı barəsində məlumat ortaya çıxıb. Bu barədə Çinin Economic Daily News saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə əldə olunmuş məlumata əsasən şirkət hal hazırda Full HD+ keyfiyyətli 4.7 düym IPS LCD ekrana sahib smartfon modeli üzərində çalışır.

Sözügedən smartfon şirkətin yeni A13 prosessoru əsasında çalışacaq. Sözügedən iPhone modeli həmçinin 128 GB daxili yaddaş həcmi və bir ədəd arxa kamera ilə təchiz olunacaq. Məlumata əsasən şirkət bu smartfondan 20 milyon ədəd istehsal etməyi planlaşdırır. Onun qiyməti isə 650$ təşkil edəcək. Əgər verilmiş məlumat doğrudursa bu iPhone modeli 2020-ci ilin mart ayında təqdim olunacaq.

Technote.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər