8 C
Baku
Tuesday, March 19, 2024

“Apple” şirkətinin reytinqi zəifləyərək 1-ci yerdən 17-ci yerə düşüb

Bir il ərzində “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən 17-ci yerə düşüb. Reytinq “Fast Company” işgüzar portalı tərəfindən dərc edilib. Çinin “Meituan Dianping” startapı (yemək sifarişi üçün xidmət) reytinqdə birinci yerdə qərarlaşıb.
 
 Ümumilikdə reytinqdə 50 texnologiya şirkəti yer alıb. “Fast Company”nin məlumatına görə, “A12 Bionic” prosessoru 2018-ci ildə “Apple”ın əsas yeniliyi olub.
 
Bir il əvvəl sözügedən “ABŞ” şirkəti “iPhone X” smartfonu, əlavə edilmiş reallıq texnologiyalarının inkişafına töhfəsinə və “AirPods” qulaqcıqlarına görə innovasiyalar reytinqində birinci yeri tutub.

MənbəICTnews
Son xəbərlər
Digər xəbərlər