Ticarət mərkəzlərində yerləşən Apple Store mağazaları hər kvadrat metrə düşən mədaxilə görə bu ticarət mərkəzində yerləşən digər bütün mağazaları ötüb keçir. BestBuy-ın hər kvadrat metrinə düşən gəlir 960 dollar, Tiffany-də isə 1300 dollara bərabərdir. Apple-in hər kvadrat metrinə düşən satışların həcmi 4000 dollara çatır və daima artmaqdadır.
Virciniya ştatı Maklin şəhərində açılan şirkətin ilk mağazasının mədaxili beş il ərzində milyard dollara çata bilmişdir – bu, ABŞ-ın bütün pərakəndə satış mağazaları üçün rekord göstəricidir. Bir sıra mütəxəssislər güman edirdilər ki, şirkət maksimum bir il müddətində dağılacaq.
Hazırda şirkətin dünyanın əksər inkişaf etmiş ölkələrində 280 mağazası var. Apple Store mağazalarında heç kağız üzərində olsa da, satıcı və ya kassir vəzifəsi yoxdur. Köməkçi, konsultant, hətta menecer də var, amma satıcı və kassir yoxdur.
Mağazaların dizaynında yalnız üç növ materialdan istifadə olunur: şüşə, paslanmayan polad və Skandinaviya ağacı.
Şirkətin mağazaları yalnız ən “qaynar” nöqtələrdə – ticarət mərkəzlərinin ən yaxşı sahələri, ən işlək küçələrdə yerləşir. Apple Store-da belə bir qanun var: əgər alıcı nəqliyyat mərkəzindən mağazaya 20 dəqiqəyə çata bilmirsə, onda mağazanı alıcıya daha yaxın etmək lazımdır.
Apple Store-da alıcılar şirkətin məhsullarını əllərinə ala və ondan qeyri-məhdud müddətdə istifadə edə bilər. Bir çox alıcılar iMac və MacBook-da şəxsi poçtlarını saatlarla oxuyurlar. Bu yaxınlarda Böyük Britaniyada bununla bağlı hətta qalmaqal da düşmüşdür – parlament üzvlərindən birini Apple Store-da ixrac xidmətləri təklif edən şirkətin saytında gəzərkən yaxalamışdılar.
Mağazanın yalnız dördə bir hissəsi Apple məhsulları üçün ayrılıb, sahənin yerdə qalan hissəsini alıcılar üçün xüsusi olaraq hazırlanmış “yardım və ideya məkanı” tutur. Burada alıcılar konsultasiya xidmətindən istifadə edə və cihazın onlar üçün naməlum funksiyaları ilə tanış ola bilərlər.
Mağazalarda kassa və kassa aparatları yoxdur. Yarlıq funksiyasını iPad planşetləri, kassa aparatları funksiyasını isə xüsusi cihaz EasyPay yerinə yetirir. Istənilən alıcı onu maraqlandıran məhsulu kredit kartı vasitəsilə istənilən konsultantdan 20 saniyəyə ala bilər.
Bir çox mağazalarda ümumiyyətlə, məhsulları nağd pulla almaq olmur, bəzi mağazalarda isə nağd pullarla ödəniş 250 dollarla məhdudlaşır – bu, kassa əməliyyatlarına sərf olunan vaxtı itkisinin qarşısını almaq üçündür.
Şirkət müxtəlif cihazların konkret dəyəri üçün xüsusi hədiyyə sertifikatları təklif edir. Sertifikatın xoşbəxt sahibi onu istənilən Apple Store-lardan birində iPhone, iPad və ya digər məhsul ilə dəyişdirə bilər (sertifikatın nominalından asılı olaraq).
Bütün mağazalarda Apple təlim mərkəzləri fəaliyyət göstərir – burada mağaza konsultantları sizin üçün münasib olan vaxtda sizi maraqlandıran mövzularda seminarlar keçirirlər. Bütün dərslər və konsultasiyalar tamamilə pulsuzdur. Bununla yanaşı xüsusi, ödənişli proqramlar da mövcuddur (bir il ərzində həftəlik təlimlər adətən 99 dollardır).
2010-cu ildə Apple Store mərkəzi mağazasında (məşhur “Nyu-yorkda Beşinci prospektdə yerləşən Şüşə kub”) toy baş tutmuşdur. Coşua və Tinq Li nikahlarını hər ikisinin də sevgi bəslədikləri Apple məhsulları fonunda, tanış olduqları mağazada bağlamaq qərarına gəlmişdilər. Keşiş uyğun olaraq göy cins və qara köynək geyinmişdi və xeyir-duanı iPhone-un ekranından oxuyurdu.
Apple Store şəbəkəsinin mövcud olduğu 12 il ərzində şirkət heç bir bazar analitiki və konsultantına bir qəpik də olsun pul xərcləməmişdir – Apple istehsal etdiyi məhsulları elə həmin həvəslə də satır. Buna baxmayaraq, hər il biznes analitikləri Apple Store-u durğunluğun gözlədiyini təminat verən proqnozlar verirlər. Deyirlər ki, şirkətin ofisində bu hesabatları kolleksiya edirlər.