27 C
Baku
Wednesday, April 24, 2024

Apple təcrübəçiləri nə ilə məşğuldur?

Apple şirkətində çalışan təcrübəçilərdən daha xoşbəxt və vəziyyətlərindən məmnun təcrübəçilərə rast gəlmək bəlkə də, mümkün deyil. Dünyaca məşhur bu şirkət əməkdaşlarına kifayət qədər yüksək əmək haqqı verməsi ilə yanaşı, bütün dünya üzrə gənc insanlara maraqlı layihə və yeni məhsulların yaradılması prosesində iştirak etmək imkanı yaradır. Apple təcrübəçiləri şirkətdə vaxtlarını necə keçirdikləri barədə danışmışlar.

Əgər siz Apple şirkətində işləyirsinizsə “cansıxıcı iş” anlayışı sizdən uzaqdır:

Neyt Şerp, iPod layihə qrupunda işləyən stajör: “Apple şirkətində təcrübə müddətində son məhsula təsir edən real öhdəliklər əldə edirsiniz. Ciddi insanlarla baş-başa çalışırsınız, fikriniz isə şirkətin əməkdaşı həddində qiymətləndirilir”.

Gənc mütəxəssislərin ciddi layihələrə cəlb edilməsi özlüyündə böyük cəlbediciliyə sahibdir. Bununla yanaşı, Apple şirkəti bu addımla qiymətli kadrların işə cəlb edilməsində maraqlı olduğunu nümayiş etdirir.

Təcrübəçilər ilkin mərhələdə gizliliyi qorunan layihələr üzərində işləmədikdə onlara müxtəlif tədbirlərə qatılmaları məshələt görülür:

“Öhdəliklər baxımından Apple şirkətinin tam təminatlı əməkdaşı hesab edilməyiniz o demək deyil ki, ekskursiyalardan və yaxud digər konkurslardan azad edilirsiniz”.

Apple şirkəti insanları digər millətlərin və xalqların mədəniyyətlərini daha yaxından öyrənmək üçün təşəbbüs göstərmələrini təmin edir:

“Ən böyük təəccüvü öz otağıma daxil olarkən yaşadım. Həmin otağı dünyanın müxtəlif ölkələrindən olan 3 başqa oğlan ilə paylaşmalı idim. Bu digər bir ölkənin mədəniyyətini daha yaxından tanımaq üçün mükəmməl şans idi”.

Və əlbəttə ki, əmək haqqı kifayət qədər yüksəkdir.

“Apple şirkəti Silikon vadisində ən səxavətli işəgötürəndir. Belə ki, burada digər rəqib şirkətlərdən fərqli olaraq təcrübəçilərə daha çox əmək haqqı verirlər. Bundab əlavə, əlavə işlənilən saatların da haqqı ödənilir”.

Gördüyünüz ki, Apple şirkətinin heç də bütün əməkdaşları burada tutduqları vəzifədən şikayət etmir. Bəziləri üçün burada iş böyük məmnunluq mənbəyidir. Steve Jobs məhz belə əməkdaşları çox sevirdi.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər