6 C
Baku
Monday, December 16, 2024

“Apple” tarixdə ilk dəfə “Apple Music” və “Apple TV+” üçün aylıq abunə qiymətlərini qaldırıb

Amerikanın “Apple” şirkəti “Apple Music” və “Apple TV+” xidmətlərinə aylıq abunə haqqını 1-2 dollar qaldırıb. Şirkət bunu musiqi lisenziyasının qiymətinin artması ilə izah edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Beləliklə, “Apple Music” abunəsi ayda 1 dollar artaraq 10.99 dollar, “Apple TV+” abunəsi isə ayda 2 dollar artaraq 6.99 dollar təşkil edəcək. Qeyd olunur ki, “Apple Music”də illik abunə 99 dollardan 109 dollara, “Apple TV+”da isə illik abunə 49.99 dollardan 69 dollara yüksələcək.

“Financial Times”ın qeyd etdiyi kimi, lisenziyalı musiqinin bahalaşması ilə yanaşı, şirkətin qərarı ABŞ-da inflyasiyanın artması ilə bağlıdır. Sentyabrda ABŞ-da inflyasiya proqnozları üstələyib və illik ifadədə 8.2% təşkil edib.

Daha əvvəl “Amazon”, “Netflix” və “Disney Plus” da aylıq abunə qiymətlərini artırıb. Qəzetin məlumatına görə, tezliklə “Spotify” striminq musiqi xidməti tərəfindən də qiymətlər qaldırılacaq.

Son xəbərlər
Digər xəbərlər