26 C
Baku
Saturday, July 27, 2024

“Apple” yeni iPad Pro və iMac təqdim edib – Qiymətlər

“Apple” 20 aprel təqdimatında “M1” çipi üzərində işləyən yeni iPad Pro təqdim edib. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət onun bu günə qədər “ən güclü” iPad olduğunu iddia edir. Cihaz 5G texnologiyasını, “Thunderbolt” və USB 4 dəstəkləyir ki, bu da onu “Pro Displey XDR” ekranına qoşmağa imkan verir. 

indir 8

Model “xüsusilə iPad üçün” dizayn edilmiş yeni 12 MP ultrageniş ön kamera və “Central Stage” funksiyası ilə təchiz edilib. Bu funksiya insanı kadrın mərkəzində izləməyə imkan verir. Əgər kadrda bir neçə insan varsa, iPad Pro onları avtomatik olaraq ekranda optimal şəkildə yerləşdirir. 

indir 7

12.9 düymlük model “Liquid Retina XDR” displeyi ilə təchiz edilib. Burada “Mini LED” işıqlandırma texnologiyasından istifadə olunur. 

indir 8

Bildirildiyi kimi, öncədən sifariş aprelin 30-dan mümkün olacaq, satışlar isə mayın ikinci yarısında başlayacaq. Yeni iPad Pro iki rəngdə olacaq – gümüşü və “boz kosmos”. Daxili yaddaşın həcminə görə çeşid aşağıdakı kimidir: 128 GB, 256 GB, 512 GB, 1 TB və 2 TB. 

11 düymlük modelin qiyməti 1 025 dollar, 12.9 düymlük modelin qiyməti isə 1 408 dollar təşkil edəcək. 

indir 23

20 aprel təqdimatında nümayiş etdirilən yeniliklərdən biri də “Apple M1” prosessoru ilə işləyən iMac olmuşdur. Bu cihaz yeddi rəngdə mövcuddur – yaşıl, sarı, narıncı, çəhrayı, bənövşəyi, göy və gümüşü. 

indir 9

Yeni iMac-lar 24 düymlük ekran, “Dolby Atmos”  və həcmli səs texnologiyası ilə təchiz edilib. Cihazlara altı dinamik və üç mikrofon quraşdırılıb. 

indir 10

Bundan əlavə, yeni iMac dörd USB-C port ilə təchiz edilib, onlardan iksi “Thunderbolt”dur.

indir 11

Eyni zamanda “Apple” yeni “Magic Keybord” klaviaturasına “Touch ID” funksiyasını, “narahat etməyin”, “blok etmək” və “emoji” düymələrini əlavə edib. iPad Pro ilə olduğu kimi, yeni iMac-ları da aprelin 30-dan öncədən sifariş etmək mümkün olacaq. Qiymətlər aşağıdakı kimidir:

– “Apple M1” çipi üzərində işləyən 8-nüvəli prosessor, 7-nüvəli qrafik prosessor, 256 GB daxili yaddaş – 1 710 dollar;

–  “Apple M1” çipi üzərində işləyən 8-nüvəli prosessor, 8-nüvəli qrafik prosessor, 256 GB daxili yaddaş – 1 973 dollar;

– “Apple M1” çipi üzərində işləyən 8-nüvəli prosessor, 8-nüvəli qrafik prosessor, 512 GB daxili yaddaş – 2 236 dollar.

Son xəbərlər
Digər xəbərlər