25 C
Baku
Saturday, July 27, 2024

“Apple” yeni “Watch Series 7” təqdim edib – Video

“Apple” korporasiyası çərşənbə axşamı günü keçirilən təqdimatda yeni “Watch Series 7” saatını təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu saat modelinin ekranı “Series 6” ilə müqayisədə 20% daha böyükdür. Bunun sayəsində ekrana 50% daha çox mətn yerləşir, klaviatura isə tam ölçülü halda istifadə oluna bilir.

2

Eyni zamanda, korpusun ölçüləri demək olar ki, dəyişməyib. “Apple”ın verdiyi məlumata görə, istifadəçilər köhnə kəmərləri yeni modellərdə istifadə edə biləcəklər.

Bundan əlavə, “Series 7” IP67 səviyyəli qorunmaya malikdir. Saat 50 metr dərinliyə qədər suya, o cümlədən toza qarşı davamlıdır. Şirkət bu modeli tarixindəki ən möhkəm saat hesab edir.

4

Görünüşündən başqa “Series 7” və “Series 6” bir-birinə texniki göstəricilərə görə bənzəyir: hər iki saatın batareya tutumu 18 saat təşkil edir. Şirkət nümayəndələri vurğulayırlar ki, saat 0-dan 80%-dək 45 dəqiqəyə şarj olur.

5

Saat beş rəngdə təqdim olunacaq: yaşıl, göy, qırmızı, “parlayan ulduz” və “qaranlıq gecə”. Cihaz 2021-ci ilin payızında satışa çıxarılacaq, dəqiq tarixlər hələ açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər