9 C
Baku
Thursday, December 12, 2024

“Apple”in səhmlərinin qiyməti sürətlə artır

Oktyabrın 10-da keçirilən birja əməliyyatlarında “Apple” şirkətinin səhmlərinin qiyməti rekord həddə çatıb. 

VladTime saytına istinadən məlumata görə, bir qiymətli kağızın qiyməti 116,74 dollar dəyərində olub.

Mütəxəssis qeyd edirlər ki, hazırda şirkətin aktivlərinə olan tələbat “Apple”in əsas rəqibi olan “Samsung” şirkəti tərəfindən “Galaxy Note 7” cihazlarının istehsalının dayandırılması barədə verilən qərardan irəli gəlib. Smartfonun istehsalının dayandırılması cihazın akkumulyatorunda yanmanın baş verməsi səbəbindən istehlakçıların çoxsaylı şikayətləri ilə bağlı olub. Bu da təbii ki, “Samsung” şirkətinin imicinə zərbə vurub.

Yaranmış vəziyyət “Apple” şirkətinə istehlak bazarında daha çox möhkəmlənməyə imkan verəcək. Şirkət öz rentabelliyini 7 faiz artıracaq, pul ekvivalentində isə xeyli divident gətirəcək.

Lent.az

Son xəbərlər
Digər xəbərlər