18 C
Baku
Wednesday, May 29, 2024

Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51%-ni ödəyəcək

Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı aprel ayı üçün qazın qiymətində 2%-lik artımı təsdiqləyib.

Yeni qiymət nəqliyyat xərcləri, aksiz rüsumları və əlavə dəyər vergisi istisna olmaqla bir MVt/saat üçün 58.84 lev səviyyəsində müəyyənləşdirilib.

Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) 3 aylıq qiymət azalmalarından sonra baş verən artımın səbəbini açıqlamasa da, beynəlxalq qaz bazarlarında qiymət meyllərini nəzərə aldığını bildirib.

Bildirilir ki, apreldə Azərbaycan qazının ölkədə daxili istehlakın 51.1%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

İstehlakın qalan hissəsi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü müqaviləsi ilə dövlətə məxsus qaz şirkəti “Bulgargaz” və ölkənin Çirəndəki anbarından çəkilən qaz vasitəsilə təmin edilir.

Xatırladaq ki, Azərbaycan qazının bu ölkəyə tədarükünə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə 2022-ci ilin oktyabrın 1-dən başlanılıb. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” qaz-kondensat yatağından ildə 1 milyard kubmetr təbii qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.

IGB layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi (50%) və Yunanıstanın “IGI Poseidon” (50%) şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər