3 C
Baku
Saturday, December 14, 2024

Apreldə Rusiya Azərbaycandan 52 tondan çox pomidorun idxalına icazə verməyib

Aprel ayı ərzində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi Azərbaycandan 52 tondan çox təzə pomidorun Rusiya ərazisinə keçirilməsinə icazə verməyib.

“2021-ci ilin aprel ayında “Rosselxoznadzor”un Qafqaz üzrə Regionlararası İdarəsi tərəfindən Azərbayacn və İrandan dövlət sərhədinin Dağıstan hissəsinə idxal olunan 39,656 min tin təzə meyvə-tərəvəz nəzarətdən keçirilib”, – İdarənin məlumatında qeyd olunur.

Karantin fitosanitar nəzarət zamanı Azərbaycandan 3 partiya (52,2 ton) təzə pomidorun RF ərazisinə idxalına icazə verilməyib.

Son xəbərlər
Digər xəbərlər