7 C
Baku
Sunday, December 15, 2024

Aqrar Kredit və İnkişaf Agentliyi 2 kredit ittifaqını məhkəməyə verib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Aran Kredit İttifaqı” MMC və “S.A.F Kredit İttifaqı” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin iddiası müvafiq olaraq Bakı Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayev və Namidar Misirzadənin icraatındadır.

Aqrar Kredit və İnkişaf Agentliyi ilə 2 kredit ittifaqının arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, “Aran Kredit İttifaqı” MMC 2008-ci ildə Saatlıda dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 4 015 manatdır və qanuni təmsilçisi Cəlil Süleymanovdur.

2011-ci ildə 4 415 manat kapital ilə qeydiyyata alınan “S.A.F Kredit İttifaqı” MMC-nin qanuni təmsilçisi Qaməddin Məmmədovdur.

 

 

Son xəbərlər
Digər xəbərlər