2020-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 921 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Bu barədə Banker.az gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 10,1% çoxdur.