17 C
Baku
Thursday, May 23, 2024

Aqrar sektorda təşviqlərin 3 illik olması təklif edilir

“Azərbaycanda kənd təsərrüfatı sahəsi ilə bağlı vergi təşviqləri 1 illik nəzərdə tutulub, təklif edirəm ki, 3 illik olsun”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov deyib.

“İqtisadiyyatın elə sahələri var ki, həmin sahələr daima dövlət dəstəyinə ehtiyacı duyur. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Vergi məcəlləsinə təkil olunan əlavə və dəyişikliklərdə təşviqlən 1 illikdir, Amma yaxın vaxtlarda ərzaq təhlükəsizliyi ilə bağlı müsbət proqnozlar yoxdur. Ona görə də, təşviqlərin 3 illik olmasını təklif edirəm”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda aqrar sahədə satışdankənar gəlirlərin və subsidiyaların vergidən azad olunması təklif edilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər