26 C
Baku
Saturday, July 27, 2024

Aqrar Sığorta Fondunun nümayəndə heyəti Türkiyədə səfərdədir

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti aqrar sığortanın tətbiqi ilə bağlı təcrübənin öyrənilməsi və əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Türkiyəyə səfərə gedib.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Səfər zamanı ASF-nin nümayəndələri İstanbul və Ankara şəhərlərində Türkiyənin Kənd Təsərrüfatı Nazirliyində, Kənd Təsərrüfatı Sığortaları Sistemi (TARSİM) və qardaş ölkənin təkrar sığorta şirkətlərində görüşlər keçiriblər.

Ankarada Türkiyənin Kənd Təsərrüfatı Nazirliyində Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovla Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Fatih Metinin görüşü keçirilib.

Görüşdə iki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi, eləcə də aqrar sığortanın digər ölkələrdə birgə tətbiq edilməsi istiqamətində müzakirələr aparılıb.

Bundan başqa, F.Sadıqov TARSİM-in İdarə Heyətinin sədri, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin kənd təsərrüfatı islahatları şöbəsinin rəhbəri Kərim Üstün və TARSİM-in idarə heyətinin üzvü və baş direktoru Serpil Günalla görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta sistemi Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi və TARSİM təşkilatının təcrübəsi və yaxından dəstəyi əsasında yaradılıb.

Bura texniki, metodoloji, kadr-ekspert dəstəyi və sair aiddir. TARSİM və Aqrar Sığorta Fondu arasında əməkdaşlıq hazırda da davam edir.

Səfər zamanı TARSİM-lə əməkdaşlığın genişləndirilməsi, risklərin idarə edilməsi, yeni məhsulların sığortası, İT sistemin fəaliyyəti üzrə təcrübənin öyrənilməsi və metodoloji dəstək məsələləri müzakirə edilib.

Aqrar Sığorta Fondunun nümayəndələri təkrar sığorta sahəsində əməkdaşlıq üzrə görüşlər keçiriblər.

Son xəbərlər
Digər xəbərlər