19 C
Baku
Thursday, April 25, 2024

“Aqrar Sığorta” şirkəti zərərdən mənfəətə keçdi

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 2021-ci ildə 498 min manatxalis mənfəət edib. Halbuki, sığorta şirkəti 2020-ci ilddə 203 min manat zərər etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin ümumi gəlirləri 1 milyon 131 min manat olub. Əvvəlki ildə şirkətin gəlirləri 1 milyon 774 min manat olub ki, bu da illik müqayisədə 36% azalmadır. Əməliyyat xərcləri isə 3 dəfə artaraq 628 min manat təşkil edib.

Sığorta şirkətinin 2021-ci ildə aktivləri 1.4 dəfə artaraq 2 milyon 868 min manat, öhdəlikləri 42 dəfə artaraq 386 min manat, kapitalı isə 1.3 dəfə artaraq 2 milyon 482 min manat olub.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər