27 C
Baku
Saturday, July 27, 2024

Aqrar Sığortanın əhatə etdiyi əkin sahələrinə 2 milyon manata yaxın zərər dəyib

Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri son günlər əkin sahələrinə böyük zərər dəymiş cənub bölgəsinə səfər edib.

Fonddan verilən məlumata görə, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, selsubasma və digər hallar bölgələrdə əkin sahələrinə zərər vurub.

Baş verən sığorta hadisələri ilə tanış olmaq,  hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri Neftçala, Cəlilabad və Masallı rayonlarında olub.

Sözügedən ərazilərdə taxıl – buğda və apra əkilmiş təqribən 300 hektar  sığortalı əkin sahəsinə zərər dəyib.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bidirib ki, Neftçala rayonunda 11 min hektara yaxın əkin sahələri Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb: «İndiyədək Neftçalada 240 hektara yaxın əkin sahələrinə zərər dəyib. Hadisələr əsasən havaların qeyri-sabit keçməsi və selsubasma nəticəsində baş verib. Bu sahələrdən təqribən 200 min manatlıq məhsulun yağılması gözlənilirdi. Bütün sığorta hadisələri üzrə ödənişlər ediləcək».

«Fermerlərə bildirmək istəyirəm ki, zərərə görə ödəniş edilməsi, onların tam məhsulu biçməsi vaxtında baş verəcək. Məhz həmin vaxt dəqiq bilinəcək ki, sahədən nə qədər məhsul gözlənilirdi və nə qədər məhsul əldə edilib. Məsələn, məhsullar tam məhv olacaqsa, bu o deməkdir ki, ayrı-ayrı şəxslərə ümumilikdə 200 min manat məbləğində ödəniş ediləcək. Amma zərər məsələn, 70 min manat olacaqsa, fermerlərə həmin məbləğ ödəniləcək və fermerlərin hesabına köçürüləcək»-deyə fond rəhbəri sığorta ödənişi prosesini fermerlərə izah edib.

Son xəbərlər
Digər xəbərlər