5 C
Baku
Saturday, December 14, 2024

“Aqrar Sığorta”nın səhmdarları toplaşır – səbəb?

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilir.

Banker.az bu barədə şirkətin İdarə Heyətinin açıqlamasına istinadən xəbər verir.

“Aqrar Sığorta”nın səhmdarlarının 30 mart tarixində toplantısına “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Əfəndiyev, “AzSığorta” ASC-nin sədri Natiq Namazov, “Bakı Sığorta” ASC-nin sədri Ramin Məmmədov, “Xalq Sığorta” ASC-nin sədrinin müavini Mətanət Nərimanlı, Qala Sığorta” ASC-nin sədri Fuad Allahverdiyev, “Meqa Sığorta” ASC-nin sədrinin müavini Uğur İbrahimli, “PAŞA Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Tural Əliyev dəvət olunub.

Yığıncağın gündəliyinə, “Aqrar Sığorta”nın 2020-ci ilin illik maliyyə fəaliyyətinin nəticələri üzrə hesabatların təsdiq olunması və digər məsələlər daxil edilib.

Son xəbərlər
Digər xəbərlər