25 C
Baku
Saturday, July 27, 2024

“Aqrarkredit” BOKT “Akkord” ilə məhkəmə çəkişməsində

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti BOKT “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və fiziki şəxs Məlikova Püstəxanım Əli qızını məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Aqrarkredit” BOKT Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 8.33 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Son xəbərlər
Digər xəbərlər