Kənd Təsərrüfatı Nazirliyi strukturuna daxil olan “Aqrolizinq” ASC sahibkarlara 68,5 mln manatlıq kənd təsərrüfatı texnikası və avadanlığı satıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Ümumilikdə, 2014-cü ilin I yarısında “Aqrolizinq” ASC 1 566 ədəd kənd təsərrüfatı avadanlıqları satıb.
Xatırladaq ki, Aqrolizinq ASC –nin bu addımı kənd təsərrüfatının texnika və təchizatının yaxşılaşdırılması məqsədi daşıyır.