-1 C
Baku
Sunday, December 15, 2024

“Aqrolizinq” kapitalını artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Aqrolizinq” ASC -nin təqribən 119 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospekti qeydə alınıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 2 manat olan 59 499 770 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində “Unicapital” ASC çıxış edir.

Emissiya nəticəsində bankın nizamnamə kapitalı 313,52 milyon manata çatacaq. 2014-cü ilin sonuna olan məlumata görə, bankın nizamnamə kapitalı 203,75 milyon manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər