2017-ci ildə “Aqrolizinq” ASC-nin aktivləri 932 mln. 346,439 min manata çatıb ki, bu da 2016-cı il ilə müqayisədə 23,9% və ya 179 mln. 850,951 min manat çoxdur. Bu barədə dövlət şirkətinin maliyyə hesabatında deyilir.
Aktivlərin 556,895 mln. manatı uzunmüddətli, 375,452 mln. manatı isə qısamüddətlidir.
Uzunmüddətli aktivlərin strukturunda torpaq, tikili və avadanlıqların payı 29 mln. 542,435 min manat, uzunmüddətli debitor borcların payı isə 556 mln. 894,574 min manatdır.
Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada ehtiyatların payı 226 mln. 947,533 min manat, verilmiş avansların payı 78 mln. 285,719 min manat, qısamüddətli debitor borcların payı 47 mln. 259,261 min manat, pul vəsaitləri və onların ekvivalentlərinin payı 18 mln. 307,208 min manat, sair qısamüddətli aktivlərin payı isə 4 mln. 652,144 min manat təşkil edir.
Dövlət müəssisəsi ötən öhdəliklərini artırıb. Belə ki, 2018-ci ilin əvvəlinə ASC-nin öhdəlikləri 394 mln. 889,985 min manat olub ki, bu da ötən il ərzində 0,4% və ya 1 mln. 561,146 min manat artımdan xəbər verir. Öhdəliklərin 42 mln. 319,182 min manatı qısamüddətli, 352 mln. 570,803 min manatı isə uzunmüddətlidir. “Aqrolizinq”in kreditor borcları 13 mln. 373,952 min manat təşkil edir.
ASC ötən il ərzində nizamnamə kapitalını 55,3% və ya 200 mln. manat artıraraq 561 mln. 627,545 min manata çatdırıb. Bununla yanaşı, cəmi kapital 49,64% və ya 178 mln. 289,805 min manat artaraq 537 mln. 456,454 min manat təşkil edib.
2016-cı il ilə müqayisədə ötən il ərzində Səhmdar Cəmiyyətin zərəri 10 mln. 646,581 min manat və ya 96,13% artıb. Belə ki, “Aqrolizinq” ötən ili 21 mln. 721,768 min manat zərərlə başa vurub.
Mənbə:APA