9 C
Baku
Friday, December 13, 2024

AQTA 351 oteldə monitorinqlər apardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda ümumilikdə 351 oteldə və keytrinq xidməti ilə məşğul olan 59 obyektdə qiymətləndirmə həyata keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aparılan qiymətləndirmə zamanı ümumilikdə 264 qida obyektində (231 otel və 33 keytrinq xidməti) qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu faktı aşkarlanıb və həmin nöqsanların aradan qaldırılması ilə bağlı müəssisələrin rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Görülən tədbirlər nəticəsində otel və keytrinq müəssisələri tərəfindən aşkarlanmış nöqsanların mühüm bir hissəsi aradan qaldırılsa da, onlardan 15 otel və 14 keytrinq xidməti obyektində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı nöqsanların aradan qaldırılmadığı məlum olub.

AQTA tərəfindən nöqsan aşkar edilən otellərlə bağlı məsələnin nəzarətə götürülməsi və səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib.

Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş otellərin və keytrinq xidməti ilə məşğul olan obyektlərin siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər