25 C
Baku
Saturday, July 27, 2024

AQTA 7 məşhur restoranda yoxlama apardı, nöqsanlar tapıldı

10 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 2, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
İctimai aişə müəssisələri
1 “Bursa” restoranı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 26C 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2 “Biz-Bizə” restoranı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 39 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
3 “Çinar” kafesi Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 4-cü mkr, ev 254 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4 “Pəncərə” restoranı Bakı şəhəri, Yasamal rayonu, A.Mirzəyev küçəsi, ev 583 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Pizza Bruno” kafesi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6 “Xaniman” restoranı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 20 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
7 “Həyat Garden” restoranı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər