28 C
Baku
Saturday, July 27, 2024

AQTA “Frankie’s” və “Societe” restoranında nöqsanlar aşkarladı

29 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 19 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 14, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, saxta alkoqollu içkilərin satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1 “Ailəm” market Xətai rayonu, Cavanşir küçəsi, ev 34 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Saxta alkoqollu içkilərin satışı
2 “Ağdam” market Xətai rayonu, R.Quliyev küçəsi, ev 7 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Rahat” market Abşeron rayonu, Novxanı kəndi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4 “Ramil” market Qobustan rayonu,

Bakı-Qazax yolu, 91-ci km

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Dost” market Qobustan rayonu,

Bakı-Qazax yolu

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6 “Şamil” market Qobustan rayonu,

Bakı-Qazax yolu, 93-cü km

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 Hüseynova Ramilə Cavanşir qızına məxsus mağaza Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 Məmmədov Rəşad Oktay oğluna məxsus mağaza Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “Kral” market Ağcabədi rayonu, H.Əliyev prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Arifoğlu” market Ağcabədi rayonu, N.Nərimanov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “Delfin” market Ağcabədi rayonu, H.Əliyev prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
İctimai iaşə müəssisələri
12 “Frankie’s” restoranı Səbail rayonu, Nizami küçəsi, ev 42 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
13 “Societe” restoranı Səbail rayonu, Nizami küçəsi, ev 46 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14  “Kristal” kafesi Gəncə şəhəri, C.Cabbarlı küçəsi 13 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Fərman” kafesi Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 1 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
16 “Zümrüd” restoranı Gəncə şəhəri, A.Səhhət küçəsi 1A Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
17  “Milli Süfrə” restoranı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
18 “Eden” restoranı Gəncə şəhəri, N.Nərimanov prospekti, döngə 7, ev 29 Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər