3 C
Baku
Saturday, December 14, 2024

AQTA kartofçuluq təsərrüfatlarında monitorinq aparıb, zərərli orqanizmlər aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, Milli Monitorinq Planına uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən Cəlilabad rayonunun Muğan, Söyüdlü, Maşlıq, Cəfərxanlı, Bədirli, Əliqasımlı və Ocaqlı kəndlərində yerləşən 32 kartofçuluq təsərrüfatında monitorinqlər aparılıb.

Monitorinqlər zamanı kartof yumrularından və torpaqdan ümumilikdə 56 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində karantin tətbiq edilməyən zərərli orqanizmlərdən Soya paxlası sistaəmələgətirən nematodu, karantin tətbiq edilən zərərli orqanizmlərdən isə Kartof yumrularında halqavari bakterial çürümə və Qızılı kartof nematodu aşkarlanıb. Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

16867271862 jpeg 16867271873 jpeg 16867271861 jpeg

Son xəbərlər
Digər xəbərlər