10 C
Baku
Thursday, December 12, 2024

AQTA “La Villa”, “Meduza” və “Second Cup” kafesində yoxlamalar apardı – Nöqsanlar

30 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 1 ticarət müəssisəsi, o cümlədən 11 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, məhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluqla bağlı nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Apteklər
1 “Dokta Sahib” aptek Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2 “Şöhrət-A” MMC-yə məxsus aptek Şamaxı şəhəri, N.Nərimanov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Dokta” aptek Şamaxı şəhəri, N.Nərimanov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “Dokta” aptek Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26A Məhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluq
5 “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptek Qəbələ rayonu, Zarağan kəndi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6 “Dokta” MMC-yə

məxsus aptek

Zaqatala şəhəri, F.Əmirov küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
7 “BioFarm” MMC-yə məxsus aptek Zaqatala şəhəri, Ş.Qurbanov küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
İctimai iaşə müəssisələri
8 “La Villa” restoranı Sabunçu rayonu, Bakıxanov ştq, Y.Əliyev küçəsi, ev 96 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
9 “Black Lounge” Yasamal rayonu, A.Şaiq küçəsi, ev 241 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Meduza” restoranı Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2A 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “Second Cup” kafesi Yasamal rayonu, A.Şaiq küçəsi, ev 216 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
12 “Sədi” kafesi Gəncə şəhəri, Təbriz küçəsi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Yeni Həyat” kafesi Gəncə şəhəri, H.Əliyev prospekti, ev 5A Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14  “Qırmızı” kafesi Goranboy rayonu, Qızılhacılı qəsəbəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Palma” kafesi Naftalan şəhəri, Şirvan prospekti Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər