8 C
Baku
Friday, March 29, 2024

AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Bolqarıstan Respublikasının Pazarcik və Plovdiv vilayətlərində, Polşa Respublikasının Lodz inzibati ərazisində, Almaniya Federativ Respublikasının Türingiya və Bavariya vilayətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Bolqarıstan Respublikasının Pazarcik və Plovdiv vilayətlərindən, Polşa Respublikasının Lodz inzibati ərazisindən, Almaniya Federativ Respublikasının Türingiya və Bavariya vilayətlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Bolqarıstan Respublikasından, Polşa Respublikasından, Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər