20 C
Baku
Sunday, October 1, 2023

AQTA Ukraynadan idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarladı

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Azərbaycanda fiziki şəxs Mustafayev Pərviz Vilayət oğlunun Ukrayna Respublikasından idxal etdiyi “OL.KAR-AqroZooVet-Servis” şirkətinin istehsalı olan 1500 ədəd 100 ml-lik qablaşdırmada “Dezi sprey” baytarlıq preparatlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nümunələrdə Ph göstəricisi üzrə uyğunsuzluq aşkar olunub.

Bu barədə Banker.az-a agentlikdən bildirilir.

Belə ki, nümunənin analiz sertifikatında Ph göstəricisi 3.5-6.0 qeyd edilsə də, müayinələrdə bu göstərici 2.43 olub.

Aşkar edilmiş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək baytarlıq preparatları (01.12.2022-ci il tarixli 122212 partiya nömrəli) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər
X