Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstana səfər edəcək.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi “Twitter”də bildirib.
Onun sözlərinə görə, Ararat Mirzoyan oktyabrın 12-14-də Qazaxıstanda işgüzar səfərdə olacaq. Ermənistan XİN başçısı Astanada keçiriləcək MDB XİN başçıları Şurasının iclasında iştirak edəcək.