31 C
Baku
Monday, June 17, 2024

Arayışsız kreditlər əslində hansı şərtlərlə verilir – Turan Bank

Indi bir çox bank elanlarında “arayışsız” və “zaminsiz” kredit təkliflərini eşidirik, hətta bu kəlmələr o qədər adiləşib ki, insanlarda belə bir təsəvvür yaranır ki, “onsuz da bütün banklar arayışsız kredit verirlər”. Nəyə görə arayış məsələsinin üstündə dəfələrlə dayanırıq, çünki sirr deyil ki, ölkəmizdə bir çox şirkətlər, firmalar bir sözlə işəgötürənlər vergidən, o cümlədən sosial təminatdan yayınır və işçilərin müəyyən qismi rəsmi olaraq işsiz qalır. Ona görə də hətta məsuliyyətli və nümunəvi borcalan ola bilmələrinə rəğmən zəhmətkeş insanların bir qismi arayışsızlıq səbəbi ilə bir çox imkanlardan məhrum olduqları kimi, kredit də əldə edə bilmirlər.

Keçən dəfə də məqalədə qeyd etmişdik ki, arayışsız kreditlər əsasən müştərilərin keçmiş və ya cari kredit tarixçələri əsasında verilir. Oxşar məqamın yenə də şahidi olduq.

Bu dəfə söhbət  Turanbankın 9% endirimlə təklif etdiyi arayışsız və zaminsiz kreditlərdən gedir.

Əslində bankla əlaqə saxladıqda bizə bildirdilər ki, o halda arayış tələb olunmur ki, sizin iki müsbət kredit tarixçəniz olsun, yəni hər hansı bir bankdan iki dəfə kredit götürüb, heç bir gecikmə etmədən vaxtında bağlamış olasınız. Lakin bununla yanaşı siz mütləq öz plastik kartınızdan çıxarılış gətirməlisiniz. Yəni gəlirlərinizin dövriyyəsini rəsmi olaraq sübut etməlisiniz.

İnandırıcı deyil ki, əhalinin iş yerindən arayış ala bilməyən qismi əməkhaqqısını plastik kartla ala bilsin. Amma bu deyilənlərə rəğmən aşağı faizli kredit istəyirsinizsə onda bu məhsuldan faydalana bilərsiniz.

Sadəcə minimum 20% illik faizlə təklif edilən bu kreditin almaq üçün tələblər həqiqətən çox sərtdir.

Üstün tərəfləri
–    Faizlərin aşağı olması, minimum 20%
–    Arayış olduğu halda, 2000-AZN-ə qədər zaminsiz kredit almaq imkanı

Zəif tərəfləri:
–    Mütləq 2 müsbət kredit tarixçəsinin tələb edilməsi
–    Arayış olmadıqda, əməkhaqqı kartından çıxarılış
–    Zamin olmadıqda sığorta xərcləri
–    4-5% komisyon haqqı

Кreditlər yalnız dövlət müəssisə və təşkilatlarında, habelə özəl sektorda yüksək reytinqli müəssisə və təşkilatlarda  çalışan fiziki şəxslərə verilə bilər.

Кredit və faiz borcu üzrə 1 aylıq ödəniş borcalan/birgə borcalanın, habelə zaminlərin aylıq xalis gəlirinin ayrı – ayrılıqda 60%-dən çox olmamalıdır. Aylıq xalis gəlir dedikdə ştat üzrə əmək haqqından gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna ayırmalar çıxıldıqdan sonra qalan gəlir nəzərdə tutulur.

Kredit haqqında daha əlavə məlumatlar

Verilir:

Dövlət müəssisələrində və özəl sektorda çalışanlara

Məbləğ

Maksimum 10 000 AZN və ya ekvivalenti (USD və ya EURO)

Müddət

Maksimum 30 ay

Faiz dərəcəsi

Müddət 12 ayadək olduqda – 20%;
Müddət 18 ayadək olduqda – 23%;
Müddət 24 ayadək olduqda – 26%;
Müddət 30 ayadək olduqda – 29%

Qeyd: Müsbət kredit tarixçəsi olan təkrar borcalanlara yenidən kredit verilərkən mövcud faiz dərəcəsindən 1 vahid aşağı faiz dərəcələrinin tətbiqinə icazə verilir.

Kreditin təminatı

  • 2000 AZN-dək zaminsiz;
  • 2001-4000 AZN-dək 1 fiziki şəxsin zaminliyi;
  • 4001-10 000 AZN-dək 2 fiziki şəxsin zaminliyi.

Qeyd: Təkrar müştərilərə hər bənd üzrə 500 AZN artıq məbləğ verilir.

Komisyon

24 ayadək kredit məbləğinin 4%-i miqdarında,

24 aydan çox olduqda kredit məbləğinin 5%-i miqdarında

Sığorta

Zaminsiz verilən kreditlərdə (yeni və təkrar borcalanlar) borcalanın həyatı sığorta olunmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.