AQTA Çindən gətirilən qida məhsullarında uyğunsuzluq aşkarladı – Siyahı

Azərbaycana idxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.

Banke.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində AQTA məhsul partiyalarından nümunələr götürərək laborator müayinələrə cəlb edib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.

Uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Aşkarlanan uyğunsuzluqlar aşağıdakılardır:

İdxalçı şirkət İstehsalçı şirkət Məhsulun adı Aşkarlanmış uyğunsuzluq Məhsulun istehsal və son istifadə tarixi
1 “Herba Flora” MMC Zhejiang Chunli Tea Co., LTD yaşıl çay Pestisid qalığı (Dinotefuran) 01.09.2025

01.09.2028

2 Feng Jiang Chen Keming Food Co., LTD əriştə Kif və maya göbələkləri 17.12.2025

17.12.2027

3 “Premium Food Baku” MMC Yantai Yuji Foodstuff Co., LTD panko çörək qırıntıları Kif və maya göbələkləri 06.01.2026

05.01.2028

4 “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC Tianjn Xingda Heping Food Co., LTD əriştə Kif və maya göbələkləri 09.11.2025

09.11.2027

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər