12 C
Baku
Wednesday, December 11, 2024

Araz Ağalarov “Crocus Group”un IPO planlarını açıqlayıb

“Crocus Group”un sahibi Araz Ağalarov “RBC”ya verdiyi müsahibədə şirkətin IPO-ya çıxmasını nəzərdən keçirdiyini söyləyib.

Banker.az xəbər verir ki, “İndi biz müxtəlif banklardan və investisiya şirkətlərindən aldığımız təkliflərə baxırıq”, – deyə iş adamı qeyd edib. Ağalarov investorlara hansı səhm paketini təklif edəcəyi barədə hələ qərar verməyib. IPO-nun keçirilib-keçirilməməsi ilə bağlı qərar müzakirələr zamanı yaxın iki ildə müəyyənləşəcək.

IPO üçün şirkətin minimum qiymətləndirilməsi ilə bağlı suala Ağalarov belə cavab verib: “Məsələ bu deyil. İnsanlar nəyə sərmayə qoyduqlarını görmək üçün nəticəni və səhmin dəyərindəki artımı başa düşməlidirlər. Bu adi investisiya hekayəsidir”.

Ağalarov şirkəti 1989-cu ildə “Crocus International” adı ilə təsis edib və sonradan “Crocus Group”a çevirib. İnkişafının ilkin mərhələlərində şirkət sərgilər, geyim və ayaqqabı ticarəti, 2009-cu ildə isə dövlət müqavilələri ilə məşğul olub. Qrup 1.5 milyon kv. m. Çox əraziyə sahibdir və keçən il “Forbes” reytinqdə yeddinci yeri tutub. 2020-ci ildə “Crocus Group”un gəliri 55.5 milyard rubl təşkil edib.

Son xəbərlər
Digər xəbərlər