19 C
Baku
Sunday, May 19, 2024

Araz Ağalarovun prinsipləri

Crocus Group rəhbərinin özəlləşdirmə, ideya, pul və nüfuz haqqında fikirləri

Mənim üçün biznesdə avtoritet deyilən bir şey yoxdur. Ümumiyyətlə mən, həyatda uğur qazanmış insanlardan daha fərqli düşüncəyə sahibəm. Əgər bir şəxs haqqında yüksək fikirlər söyləyib, onun nə qədər dahi olduğunu deyirlərsə, bu zaman fikirləşirəm ki, mən onun yerində olsaydım daha çox şeyə nail olardım. Ola bilsin yanlış düşüncəyə sahibəm, lakin öz fikrimdən dönmək istəmirəm.

Tikinti sahəsi ilə məşğul olmağa başlayanda ilk öncə işin bütün detallarını dərk etməyin lazım olduğunu başa düşdüm. Əks halda heç bir şey inşa edə bilməyəcəm. Əgər məsələyə yalnızca bir təşkilatçı kimi yanaşsan, yəni işin icrasını əldə edib onu başqa birinə tapşırsam, bu layihədən xeyir qazanmayacam. Özünü bütün detalları araşdırana qədər isə, belə desək “sizi aldadacaqlar!

Araz Ağalarovun biznes prinsipləri

İstənilən halda biznesdə ən vacibi – intuisiyadır.

İşləməyən və qarşılıqlı əlaqələrdə çıxış etməyən bir şəxsin problemi də olmaz. Əgər çətinliklər yaranırsa, deməli, iş prosesi də davam edir.

Mən nə inşaatçı, nə yatırımçı, nə də tacirəm, mən – dirijoram: hər şeyin müntəzəm işləməsi və gözəl alınmasına nəzarət edirəm.

Mənim üçün pul öz ideyalarımı reallaşdırma vasitəsidir. Əgər mənim hazırda 10 milyard pulum olsaydı, onu növbəti layihəyə investisiya etmişdim.

Yeni – daha fantastik, fövqəladə bir şey fikirləşəcəm. Fikirləşib və investisiya edəcəm.

Oğlum Emin toya hazırlaşanda, mən gəlinə hədiyyə olaraq, nadir almaz axtarırdım. Saf su rəngli beş karatlıq qiymətli daş tapmaq istəyirdim. Zərgərlər bu tip brilyantları “nadir” adlandırırlar. Mən onu çox çətinliklə tapdım. Müəyyən olundu ki, hətta ən nüfuzlu brendlərin əllərinə belə bu tip daşlar beş ildən bir dəfə düşür və həmin andaca satılır. Əgər sizin belə bir daşınız varsa, onu daha sonra satmaq heç bir çətinlik törətməyəcək”

Xarakterim belədir: mən istəyirəm ki, heç də hamı uğuruma inanmasın, mən isə qoyduğum məqsədlərə çatım.

Gərgin rejimə alışmış insan üçün istirahət etmək çox çətindir. Başa düşməyə başlayırsan ki, sən bütün vaxtını boşa sərf edirsən. Halbuki nə isə daha maraqlı bir şey edə bilərdim. Mən isə hazırda bunun əvəzində divanda və ya şezlonqda uzanıram…

Əgər mən kiminlə isə işləməyə başlasam, onu fikri ilə hesablaşmalı, nəyi və necə etməli olduğumu müzakirə etməli olacam. Mənim hazırkı sərbəst vəziyyətim məhdudlaşdırılmış olacaq, bunu isə mən heç bir maliyyə perspektivində istəmərəm.

Səmimilik istənilən ünsiyyəti daha da asanlaşdırır.

Mənim ideya axtarmağa ehtiyacım yoxdur – onlar gecələr mənim yuxuma girir.

Nə isə yeni bir şey fikirləşəndə və ya hər şeyi sıfırdan başladığımı dərk edəndə başa düşürəm ki, məhz bu hisslər üçün yaşamağa dəyər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər