Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) “APA-Economics”ə verilən məlumata görə, ARDNF tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 2,4 mln. dollar məbləğində vəsait 4 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.