20 C
Baku
Wednesday, April 24, 2024

ARDNF dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

Azərbaycanın suveren fondu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Banker.az xəbər verir ki, qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.

Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilmişdir.

Renkinq Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər