Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satınalınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 12 lotdan ibarət açıq tenderdə 2-dən imtina edib.
Banker.az xəbər verir ki, 23 dekabr 2018-ci il və 9 yanvar 2019-cu il tarixli Lot -3, Boyaq məhsullarının satınalınması və Lot- 6, Unikal nömrəli və ştrixkodlu plombların satınalınması üçün təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu lotlar üzrə tenderin davamından imtina edilmişdir.